Hazırda Suriyada ələvi qız və qadınlarının oğurlanması adi bir hala çevrilib, sahə araşdırmaları isə onların bir çoxunun cinsi köləlik məqsədilə Təhrir əş-Şam qruplaşmasının bazası olan İdlibə aparıldığını göstərir.
Ötən Dekabr ayının 8-dən bəri, Əbu Məhəmməd əl-Colani rəhbərliyindəki Təhrir əş-Şam qruplaşması Suriyada hakimiyyəti ələ aldıqdan sonra, ölkə xüsusilə ələvi qadınlar arasında adam oğurluğu dalğasına şahid olub. Məlumatlar göstərir ki, bu qadınlar Colaniyə bağlı silahlı dəstələr tərəfindən oğurlanaraq Təhrir əş-Şamın bazası olan İdlib vilayətinə və şəhərinə aparılır və orada cinsi köləlik təhlükəsi ilə üz-üzə qalırlar.
Ələvi qadınların oğurlanması və cinsi köləliyə məruz qalması, 2014-cü ildə İraqın Sincar bölgəsində minlərlə yezidi qadının İŞİD tərəfindən oğurlanaraq köləyə çevrilməsini xatırladır.

Suriyalı insan hüquqları fəalının ifşası
Suriyanın insan hüquqları müdafiəçisi və “Ədalət və Gücləndirmə” təşkilatının sədri və “Şan Şəbəkəsi”nin sülh qurma üzrə rəhbəri Heba İzzəddin əl-Həcci daha sonra Təhrir-Şam tərəfindən təhdidlər səbəbindən onu silməyə məcbur olduğu Facebook platformasında bir yazıda, Mart ayında Suriyanın sahil bölgəsində silahlı qruplar tərəfindən həyata keçirilən ələvilərin qırğınları zamanı qaçırılan, sonra isə İdlibə aparılan bir qadınla görüşdüyünü bildirib.
Heba araşdırmalar nəticəsində qadının sahil bölgəsindən olduğunu öyrənir; bu bölgə ötən Martda Colaninin silahlı qrupları tərəfindən 1600-dən çox ələvinin qətlə yetirildiyi qətliamın şahidi olmuşdu. O, əlavə edib: Kişi qadını İdlibə gətirdikdən sonra onunla evlənir, heç kim onun vəziyyətindən xəbərdar deyil və onunla əlaqə qurmağa cəhdlər, içində olduğu qorxu və dəhşət səbəbindən nəticəsiz qalır.
Bu, onun sahil bölgəsindən ələvi qadınların qaçırılması mövzusunda apardığı sahə araşdırmasının təməlini qoyan qığılcım olub. O deyib: Təəssüf ki, çoxları bu məsələnin doğruluğunu təsdiqlədi və məsələ yalnız bir silahlı qrupla məhdudlaşmır; dostlarımdan eşitdiyimə görə, Milli Ordu qrupu və xarici silahlı ünsürlər də bu cür cinayətlər törədirlər.
Bu qruplar Təhrir əş-Şam Heyəti ilə birlikdə keçən Mart ayında Suriyanın sahil bölgəsində baş verən qətliamda iştirak ediblər. Onlar ələvilərin yaşadığı qəsəbə və kəndlərə hücum edərək evləri və əmlakları talan etdikdən sonra kişiləri və uşaqları qətlə yetirib, qadınları isə qaçırıblar.
Bundan əvvəl, gənc druz qızı “Karolis Nəhli” Fevralın 2-si səhər Dəməşq yaxınlığındakı “Cərmana” bölgəsində qaçırılmışdı. Bu hadisə qəribə sayılırdı, çünki adam oğruları heç bir təzminat tələb etməmişdilər və onun taleyi ilə bağlı heç bir məlumat yox idi. Lakin bəzi məlumatlara görə, Karolis kimi gənc qızlar qaçırıldıqdan sonra cariyə və qul kimi İdlibə aparılırdılar. Heba İzzəddinin sahə araşdırması da bu məsələnin doğruluğunu təsdiqləyirdi.

Keçən 21 Mart tarixində gənc ələvi qadın və iki uşaq anası “Büşra Basin Müferric” sahil şəhəri Cəblənin avtobus dayanacağında qaçırılıb. Həyat yoldaşı sosial şəbəkələrdə yayımladığı videoda bildirib ki, həyat yoldaşı İdlibə aparılıb və bu, bir kişinin həyat yoldaşına baş verə biləcək ən dəhşətli hadisədir. Büşranın qaçırılması yeni bir adam oğurluğu dalğasına səbəb oldu. Kürd xəbər agentliyi 25 mart tarixində bildirib ki, silahlı qruplar 48 saat ərzində 100-dən çox insanı qaçırıb və onların çoxu qadın olub.
Cari ilin 5 Aprel tarixində 21 yaşlı “Katiya Cihad Qərqut”la sonuncu telefon danışığı saat 09:40-da olduqdan sonra Dəməşq ətrafındakı “Ərtuz” bölgəsinin “Bəhre” məhəlləsində yerləşən aptekdə qaçırılıb və ailəsinin onu tapmaq üçün göstərdiyi səylər nəticəsiz qalıb.
8 Aprel tarixində 17 yaşlı «Sümeyyə Süleyman Həsnu» məktəbdən çıxdıqdan sonra Laziqiyyə ətrafındakı “Qərdəhə” qəsəbəsində qaçırılıb. 11 Apreldə 22 yaşlı Rənim Qazi Zəriqə Hama ətrafındakı Məsiyaf şəhərində itdiyi bildirilir. 14 Aprel tarixində 3 yaşlı uşağın anası “Bətul Arif Həsən” valideynlərinin evindən çıxdıqdan sonra Homs–Safi təyinatlı yolda evinə qayıdarkən qaçırılıb.
16 Aprel tarixində 23 yaşlı “Ayə Talal Qasım” Tartus şəhərində evdən çıxdıqdan sonra qaçırılıb. Onu üç gün sonra azad etsələr də, Təhrir-Şam ünsürləri tərəfindən həbs edilib və bu günə qədər ondan heç bir xəbər yoxdur.

Sincarın dəhşətli xatirələrinin yenidən canlanması
2024-cü ilin 17 aprel tarixində İraqın “əd-Dərc” saytı Suriyanın sahil bölgəsi ilə Homs və Hama ətrafında 10 Ələvi qadının qaçırılması ilə bağlı təfərrüatları yayımladı. Bu qadınlardan biri, təxəllüsü Rəhəb olan şəxs veb sayta bildirib ki, o, günün günorta çağında qaçırılıb və başqa bir qadınla birlikdə bir otaqda saxlanılıb.
Rəhəb əlavə edir: Biz işgəncəyə məruz qaldıq. Bir-birimizlə danışmağa icazə verilmirdi. Adam oğrularının ləhcəsindən başa düşdüm ki, onlar suriyalı deyildilər. Birinin ləhcəsi xarici, digərinin isə İdlib bölgəsinə aid idi. Bizə söyüşlər yağdırırdılar, çünki ələvi idik.
Onunla birlikdə həbs edilən başqa bir qadın isə bildirib ki, onu məcbur ediblər ailəsi ilə əlaqə saxlayıb yaxşı olduğunu desin və onlardan qaçırılma ilə bağlı heç bir məlumatı kimsə ilə paylaşmamağı istəsin.
Sayt, həmçinin Suriyanın sahil şəhərlərindən birində 18 yaşlı bir qızın qaçırılması hadisəsinə də toxunur. Bildirilir ki, adam oğruları ailəsinə bu xəbərin yayılmaması üçün xəbərdarlıq ediblər. Dəhşətli olan isə odur ki, bir müddət sonra həmin qız ailəsi ilə Fildişi Sahili ölkəsinə məxsus bir telefon nömrəsindən əlaqə saxlayaraq vəziyyətinin yaxşı olduğunu, lakin harada olduğunu bilmədiyini söyləyib.
Bu veb sayt vurğulayır ki, bu on suriyalı qadının vəziyyəti 2014-cü ildə İraqın Sincar bölgəsində İŞİD tərəfindən qaçırılan minlərlə yezidi qadının taleyi ilə tamamilə oxşardır.
Həmin il İŞİD təxminən 6400 yezidi qadını qaçıraraq cariyə və qul kimi satmış, bəzilərini isə intiharçı döyüşçü kimi hazırlamışdı ki, İŞİD-in əməliyyat apardığı bölgələrdə özlərini partlatsınlar. Hərçənd onların çoxu qaçmağa müvəffəq olmuşdu, amma 10 il keçməsinə baxmayaraq, 2600 nəfərinin taleyi hələ də naməlum olaraq qalır.

İdlibdə Təhrirüş-Şam tərəfindən Ələvi qadınların qul və ya cariyə kimi saxlanıldığına dair məlumatların ortaya çıxması nə gözlənilməz, nə də qəribə bir məsələdir. Çünki bu qrupun ələvilərə baxışı, İŞİD-in yezidilərə baxışından fərqlənmir.
2014-cü ildə Suriya məsələləri üzrə analitik Sam Hiller “Cəbhə ən-Nusra” qrupunu məzhəbçiliyin yayılmasına səbəb olan və daha da irəli gedərək ələvilərin qətliamına təşviq edən bir təşkilat kimi təsvir etmişdi. O bildirmişdi ki, həm İŞİD, həm də Cəbhə ən-Nusranın (indiki adıyla Təhrirüş-Şam və Colaninin rəhbərliyi altında) ələvilərə münasibəti eynidir – onları mürtəd sayırlar.
İŞİD-in süqutu zamanı bəzi yezidi qadın və uşaqlar əsirlikdən qaçmağı bacardıqda, ifşa etdilər ki, çoxlu sayda həm-diniləri İraqdan Suriyaya və Türkiyəyə aparılaraq qul və cariyə kimi satılıb və istifadə olunub.
Ələvi qızlarının və qadınlarının qaçırılması və onları cariyə və qul kimi satmaq məqsədilə həyata keçirilən bu dalğa, eynilə İŞİD-in yezidilərə etdikləri kimi, Colaninin Suriya xalqına gətirdiyi azadlıq anlayışını tamamlayır.